Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsi nəzərdən keçirilir.
Modern.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan deyib.
O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır.
Badasyan əlavə edib ki, bu məsələni ölkənin Baş Prokurorluğu həll edir və hazırda bu proses gedir.