Modern.az

Türkiyədə bir gündə 2400-ə yaxın yoluxma 

Türkiyədə bir gündə 2400-ə yaxın yoluxma 

4 Noyabr 2020, 21:56

Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 77 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 

Nazir qeyd edib ki, son 24 saatda 144 416 şübhəli koronavirus testindən keçib, onlardan 2391-nin cavabı pozitiv çıxıb, 1841 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 2464 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə ümumilikdə 384 509 nəfər koronavirusa yoluxub, onlardan 10 558 nəfər vəfat edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi