Modern.az

Yaponiyada quş qripi yayılıb

Yaponiyada quş qripi yayılıb

Aktual

5 Noyabr 2020, 08:00

Yaponiya hakimiyyəti ölkənin Kagava prefekturasının Mitoyo şəhərində quş qripi xəstəliyinin yayıldığını qeyd edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

 

Bununla bağlı Yaponiya baş naziri Yoşixide Suqa məsul nazirliklərə quş satıcılarını son dərəcə ayıq olmağa, məlumatları yerində toplamağa və epidemiyanın qarşısını almaq üçün tez bir zamanda tədbirlər görməyə çağırıb.

 

Kyodo agentliyinin verdiyi məlumata görə, Kaqava prefekturası rəhbərliyi tezliklə quş qripinin yayılmasına qarşı mübarizə üzrə qərargahı açacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi