Modern.az

Ermənilərin “Vikipediya”da Zakir Həsənovla bağlı təxribatının qarşısı alındı

Ermənilərin “Vikipediya”da Zakir Həsənovla bağlı təxribatının qarşısı alındı

Aktual

5 Noyabr 2020, 09:26

«Vikipediya» onlayn ensiklopediyasının ingilis dili bölməsinin fəal istifadəçisi 16 yaşlı Ayxan Zayıdzadə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla bağlı «Vikipediya»nın ingilis dili bölməsindəki məqaləsini mühafizəyə aldırıb.

 

Bu barədə Modern.az-a diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.

 

“İki gün öncə erməni istifadəçilər «Vikipediya»nın Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla bağlı ingilis dili bölməsindəki məqaləsinə müdaxilə edirdilər. Lakin onların çirkin niyyəti öz nəticəsini vermədi. "EnViki"nin fəal istifadəçisi Ayxan Zayıdzadənin «Vikipediya»nın ingilis dili bölməsinin idarəçilərinə müraciəti öz nəticəsini verib. A.Zayıdzadə məqalənin bir həftəlik mühafizə olunmasına nail olub”, - Eltürk bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi