Modern.az

Ermənilər TRT-ni hədəfə alıb - Hikmət Hacıyev

Ermənilər TRT-ni hədəfə alıb - Hikmət Hacıyev

Aktual

5 Noyabr 2020, 14:45

Ermənistan propaqandasının TRT kanalını hədəfə alması onu göstərir ki, bu kanal və digər Türkiyə mediası Ermənistanın hərbi cinayətlərinin və həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.

 

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsinə yazıb.

 

"TRT hər zaman Ermənistanın mülki əhalisini hədəfə almasını işıqlandırıb", - Prezidentin köməkçisi əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi