Modern.az

“Səs qarəti”: Trampı necə “soydular”?

“Səs qarəti”: Trampı necə “soydular”?

Aktual

5 Noyabr 2020, 15:36

ATƏT hesab edir ki, Trampın ABŞ-da keçirilən seçki prosesində sistematik saxtakarlıq və "səslərinin oğurlanması" barədə bəyanatı əsassızdır. 

"Belə bəyanatlar ictimaiyyətin dövlət institutlarına etimadını sarsıdır və bir çoxları tərəfindən seçkidən sonra siyasi motivli zorakılıqların artacağı kimi qəbul edilir", - ATƏT belə hesab edir.

Trampın seçki qərargahı isə Viskonsin və Miçiqandakı "səs qarəti"nə dair tutarlı faktları artıq məhkəməyə təqdim edib...

Noyabrın 3-dən 4-nə kecən gecə Texasda səslər sayıldıqdan sonra Tramp Baydenə xeyli yaxınlaşmış, demokratlar əndişəyə düşmüşdülər.
Bayden seçkidən əvvəl heç bir halda Trampın qələbəsini tanımayacağını demişdi. Səbəbsiz deyildi: qlobal media, Avropa və qurumları, Çin və s. Trampa qarşı idi.

Lakin Ağ ev əldən gedirdi. Nə oldusa, Nyu-York vaxtı ilə səhərə yaxın oldu. Demokratların qubernator olduqları iki ştatda - Viskonsin və Miçiqanda eyni vaxtda Baydenin səsləri qəfildən 120-130 min səs sıçradı. Bu zaman digər namizədlərdən heç birinə səs getmədi. Kor gözünə barmağım oldu...

Demokratlar da ayıb etdiklərini anladılar, amma...

Trampın seçki qərargahında bütün seçkiyə şübhə yarandı. Üstəlik, Trampın qələbə gözlədiyi Pensilvaniyadan da yaxşı xəbərlər gəlmirdi.

Respublikaçılar artıq bu və bir sıra başqa ştatda səslərin sayılmasını tələb ediblər.

Ekspertlərə görə, məhkəmələr şikayətləri ciddi araşdırsalar, Amerika tarixinin bəlkə də ən böyük qalmaqalına şahid olacağıq və Qərbin flaqmanı olan ölkədə demokratiya kəllə-mayallaq olacaq.

Bu arada Tramp respublikaçılara yaxın sayılan "Fox News"un sahibi Rupert Merdoka zəng edərək üstünə qışqırıb. Səbəbi Merdokun tekekanalının Arizonada Baydenin öndə olmasını birinci xəbər verməsi olub. Tramp təkzib istəyib, Merdok rədd edib. Beləcə, dostu Trampa arxa çevirib.

Bu həmin "Fox News"dur ki, əməkdaşı Azərbaycan liderinə sanki müstəntiq imiş kimi suallar vermiş, ABŞ-dakı bütün seçkilərin demokratik və şəffaf keçirildiyini iddia etmişdi.


Qəzənfər Həmidoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi