Modern.az

Türkiyədə koronavirus peyvəndinin klinik mərhələsi başladı

Türkiyədə koronavirus peyvəndinin klinik mərhələsi başladı

5 Noyabr 2020, 17:36

Türkiyə koronavirus peyvəndinin birinci klinik mərhələsinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb:

 

“Bu gün Türkiyədə yerli koronavirus əleyhinə peyvəndin insanlarda sınaqdan keçirilməsinə başlandı. Peyvəndin klinik sınaqlarının ilk mərhələsi Kayseri şəhərində aparılır”.

 

Qoca daha əvvəl qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ikinci pik həddə çatıb. Çərşənbə günü aşkar olunan koronavirus infeksiyasının sayı 2391 olub, bu, aprel ayının sonundan bəri ən yüksək göstəricidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi