Modern.az

Səfir İsveçrə mətbuatına Ermənistanın müharibə cinayətlərini anlatdı

Səfir İsveçrə mətbuatına Ermənistanın müharibə cinayətlərini anlatdı

5 Noyabr 2020, 22:47

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bu ölkənin bütün siyasi xadimləri tərəfindən yaxından izlənilən və federal səviyyədə nüfuzlu “Tages Anzeiger” çoxtirajlı qəzetinə geniş müsahibə verib.

 

Modern.az xəbər verir ki, müsahibədə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş şirkətlərin və şəxslərin aşkarlandığını bildirən səfir, məhz İsveçrədə məskunlaşan, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin erməni əsilli rəhbəri Vartan Sirmakes tərəfindən qızıl yataqlarının qanunsuz istismar edildiyi faktlarının üzə çıxdığını bildirib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yayılmış bəyanat səfir tərəfindən qeyd olunaraq, işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə bütün sahələr üzrə qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb ediləcəklərini bildirib.

 

Xanım İbrahimova Gəncə və Bərdə şəhərləri daxil olmaqla cəhbə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı hərbi cinayətlərin törədildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da humanitar atəşkəslərin kobudcasına pozulduğunu bildirib. Məhz Cenevrə Konvensiyasına və digər beynəlxalq humanitar hüquqa əsasən, mülki insanların və şəhərlərin vurulmasının beynəlxalq əhəmiyyətli cinayət olduğunu bildirən səfir, Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Bərdə, Goranboy və Tərtər bölgələrinə dəfələrlə ağır artilleriya hücumları ilə mülki infrastrukturun ciddi şəkildə zədələndiyini vurğulanıb.

 

Baş verən son hadisələrin başlanğıcının əsas səbəbkarı kimi Ermənistan göstərilib – Ermənistan hökumətinin həm təxribat xarakterli bəyanatları və hərəkətləri, həm də atəşkəs rejiminin hər gün pozulması faktları göstərilib. Məhz bu səbəblə, hal-hazırda Azərbaycanın öz ərazi bütövlüyünü döyüş meydanında böyük əzmlə bərpa etdiyini qeyd edən səfir, Prezident İlham Əliyevin “Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına yerinə yetiririk” sözlərini bir daha İsveçrə siyasi xadimlərinin diqqətinə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi