Modern.az

Makron Kanadanın Baş naziri ilə Qarabağı müzakirə etdi

Makron Kanadanın Baş naziri ilə Qarabağı müzakirə etdi

6 Noyabr 2020, 08:46

Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub.

 

Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kanada hökuməti başçısının mətbuat xidmətindən bildiriblər.

 

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bundan əlavə, iki ölkə lideri arasında Kanada və Fransa arasında mövcud vəziyyət və pandemiyaya qarşı mübarizə ətrafında fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi