Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat açıqlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə bu saatadək:
Həlak olmuş dinc sakinlərin sayı - 92
Yaralanmış dinc sakinlərin sayı – 404
Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı- 3064
Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı - 100
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504-dür.