Modern.az

Hər kəs dövlətimizin gücününü yenidən gördü” - Deputat

“Hər kəs dövlətimizin gücününü yenidən gördü” - Deputat

6 Noyabr 2020, 15:29

“Koronavirus bu gün dünyanın gündəmində olan ən ciddi problemlərdən biridir. Bu ölkələrə iqtisadi cəhətdən böyük ziyan vurdu. Bir neçə ay səngimə olduqdan sonra yenidən payız mövsümündə bu təhlükə dünyanı lərzəyə salıb. Avropanın bütün inkişaf etmiş ölkələrində karantin elan olunub. Ciddi qadağalar tətbiq olunub. Dünyanın bir parçası olaraq ilin əvvəlindən Azərbaycanda da bu xəstəlik qeydə alınmağa başlandı. Bundan sonra cənab prezidentin təşəbbüsü və tapşırığı ilə bu barədə ciddi işlər görüldü.  Operativ Qərargah yarandı, qaydalar müəyyənləşdirildi. Koronavirusla uğurla mübarizə aparan ölkələr arasında Azərbaycan da var. Qısa müddət ərzində çoxsaylı modul tipli xəsatəxanalar tikildi. Lazım olan bütün avadanlıqlar, tibbi ləvazimatlar təmin edildi, xarici ölkələrdən həkimlər buraya cəlb olundu”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Xanım deputat cənab prezidentin aprel ayında türkdilli dövlətlər arasında sammit keçirdiyini də qeyd edib:

“Əməkdaşlığın bu sahədə də genişləndirilməsi təmin olundu. Qoşulmama Hərəkatı 120 ölkə təmsilcisinin olduğu böyük təşkilatdır. Bu hərəkata üzv ölkələrin qatıldığı videokonfrans keçirildi. Möhtərəm prezidentimizin təşəbbüsü ilə, bu problem qlobal olduğuna görə BMT-ə üzv dövlətlərin başçıları ilə bu mövzuda sessiya keçirilməsi təklif edildi. Bu BMT tarixində nadir bir hadisə oldu. Prosedur qaydalarına riayət olunmaqla, Baş Assambleya təklifi qəbul etdi və qətnamə yarandı. İşğalçı, terror dövləti Ermənistan buna etiraz etdi. Çünki onlar bilirdilər ki bu Azərbaycan tarixində böyük bir hadisə olacaqdı”.

 

Məlahət İbrahimqızı Ermənistanın bütün sahələrdə Azərbaycana qarşı təcavüzkar siyasət yeritdiyini də vurğulayıb:

“Halbuki, bu bütün insanlıq üçün qlobal bir problemdir, təhlükədir. Bizim ölkəmiz kiçik olmasına baxmayaraq, bir çox yerə humanitar yardımlar etdi. Ermənistan bu səylərə dəstək verməməklə yanaşı, Tovuzda hərbi təxribat törətdilər. Mülki insanları qətlə yetirdilər. Nəhayət dünən Nyu-Yorkdaki Baş Qərargahda koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı qətnamə qəbul olundu və eyni zamanda üsullar müəyyənləşdirildi. Cənab prezidentin Qoşulmama Hərəkatından verdiyi təklif yekdilliklə qəbul olundu. Baxmayaraq ki, biz ikinci qlobal problem olan ermənilərlə də mübarizə aparırıq, hər kəs dövlətimizin gücününü yenidən gördü. BMT üzv dövlətlərin başçılarıyla keçiriləcək bu sessiya dekabrın 3-4-ü baş tutacaq. Fəxarətlə deməliyik ki, Qoşulmama Hərəkatının protokol çıxışında təşkilatın prezidenti kimi İlham Əliyev də  çıxış edəcək. Şübhəsiz ki, orada təcavüzkar Ermənistana da öz sözlərini deyəcək”.

 

Fidan ƏLİ

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi