Modern.az

“Yaxşı oynayıb qalib gəlməliyik” – “Barselona”nın baş məşqçisi

“Yaxşı oynayıb qalib gəlməliyik” – “Barselona”nın baş məşqçisi

6 Noyabr 2020, 23:38

"Sabahkı oyun çox vacibdir, amma biz hər oyuna vacib yanaşırıq. Yaxşı oynayıb qalib gəlməliyik, "Dinamo"ya qarşı oyundakı səhvləri etmək olmaz. Yaxşı məşq etmişik, tam hazırıq".

 

Modern.az xəbər verir ki, bunu "Barselona"nn baş məşqçisi Ronald Kuman "Betis"lə oyun öncəsi mətbuat konfransında deyib.

 

"Üç xal istəyirik və bu da ağlımızdadır, amma qələbəni də yaxşı oyunla istəyirəm. Bu klubun tələblərindən biri də məhz budur. "Dinamo"ya qarşı oyunda problem yarımmüdafiədə idi, ümdafiədə yox. Onlar bizi sayca üstələdilər orada. Bu da müdafiədə də problemlərə gətirdi.

 

Məşqlərdə çalışırıq ki, cərimə meydançası kənarında zərbələr üzərində işləyək, amma biz oyunçuları bir günün içində dəyişə bilmərik. Oyundakı epizoddan asılıdır, hər bir oyunçu zərbə məsuliyyətini dərk etməlidir, çünki zərbə vurmasan, qol vurmayasan", - deyə baş məşqçi bildirib.

 

Qeyd edək ki, "Barselona" bu mövsüm özünün ən pis oyununu keçirir. Komanda hazırda La Liqada 8 xalla 12-ci pillədə qərarlaşıb.

 

"Barselona" - "Betis" matçı oktyabrın 7-si Bakı vaxtilə saat 19:15-də "Kamp Nou" stadionunda start götürəcək.

 

T.İSMAYIL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi