Modern.az

Qonşu ölkədə daha 423 nəfər koronavirusdan öldü

Qonşu ölkədə daha 423 nəfər koronavirusdan öldü

7 Noyabr 2020, 16:07

İranda daha 423 nəfər koronavirusun qurbanı olub.

 

Modern.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, İranda, ümumilikdə, 37 832 nəfər pandemiyanın qurbanı olub.

 

Son sutkada daha 9 450 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 673 250-yə yüksəlib. Məlumatda həmçinin 5 506 nəfərin ağır vəziyyətdə olduğu, 515 153 nəfərin isə sağaldığı vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi