Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində cəbhəyanı bölgələrdə 50-dən çox məktəb dağıntılara məruz qalıb.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında sabiq deputat, professor Şahlar Əsgərov söyləyib ki, bunlar ermənilərin mədəni keyfiyyətinin alçaqlığını göstərən faktdır:
"Məktəbləri bombardman etmək olmaz. Əminəm ki, Azərbaycan Ordusu erməni məktəblərini dağıtmır. Baxın, ermənilər Azərbaycan Ordusunun mülki insanlara atəş açası barədə bircə fakt belə göstərə bilmirlər. İnsan gərək müharibəni də məntiq, şüur və ağıl ilə aparsın. Bu şüur ermənilərdə olsaydı məktəblərə, uşaq bağçalarına, mülki insanlara, xəstələrə atəş açmazdılar".
Ş.Əsgərov xatırladıb ki, hətta bəşəriyyətin ən qanlı savaşı hesab olunan İkinci Dünya Müharibəsində belə düşmənlər bir-birinin ərazisindəki təhsil müəssisələrini hədəf almayıblar:
“O zaman almanlar və ingilislər qərara gəliblər ki, Alman təyyarələri Böyük Britaniya universitetlərini, Böyük Britaniya təyyarələri isə Alman universitetlərini bombalamayacaqlar. Leninqradlılar İsokoski Sabordiyada gözəl bina olduğunu, oraya təyyarələri vurmaq üçün top yerləşdirildiyini söyləyiblər. Almanlar təkid ilə topu götürmələrini bildiriblər. Çünki almanlar bilirdilər ki, təyyarələr həmin binanı vuranda onun ilə birlikdə bəşəri bir dəyəri də vurmuş olacaq. Müharibədə belə şüurlu hərəkətlər olur. İnsan ya rəsmi imzalar ilə, ya da öz şüuru və daxili mədəniyyəti ilə bunlara əməl etməlidir. Təhsil müəssisələrini dağıtmaq, günahsız insanları hədəf almaq olmaz. Ermənilər həddindən artıq qəddar və mədəniyyətsiz xalqdır".
Nəzrin Vahid