Modern.az

Qarabağdakı bütün kilsə və məscidlər bərpa ediləcək - RƏSMİ

Qarabağdakı bütün kilsə və məscidlər bərpa ediləcək - RƏSMİ

7 Noyabr 2020, 21:22

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

 

“Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlamışdır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək”, - deyə Hikmət Hacıyev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi