Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir.