Türkiyənin Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə paylaşım edilib.
Modern.az-ın məlumatına görə, paylaşımda deyilir:
""Bir kərə yüksələn bayraq, bir daha enməz!" - Məhəmməd Əmin Rəsulzadə.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik.
Bu münasibətlə, Azərbaycan bayrağının işğal altındakı torpaqlarda bir daha enməmək şərtilə yüksələcəyinə olan inamımızı qeyd edirik.
Yaşasın Azərbaycan, yaşasın əbədi qardaşlığımız!"
Turan ASLAN