Türkiyənin İYİ Partiyasının başqanı, millət vəkili Meral Akşener Şuşanın Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.
Modern.az-ın məlumatına görə, partiya lideri özünün feysbuk səhifəsində bunları yazıb:
"Qurtuluş sevdasıyla yanıb tutuşan Qarabağımızın qəlbi Şuşa Azərbaycanımıza qovuşdu.
Qara buludların ardından günəş doğdu.
Şükürlər olsun".
Turan ASLAN