Başda İstanbul olmaqla, Türkiyənin 11 vilayətində İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Modern.az xəbər verir ki, əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının Suriyadaki üzvləri ilə əlaqəli olduğu şübhəsi ilə 17 nəfər saxlanılıb.
Daha bir əməliyyat Türkiyənin Bursa vilayətinin Təhlükəsizlik İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Bu əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 11 nəfərdən doqquzu saxlanılıb.
Əməliyyatlar davam etdirilir.