Modern.az

“Şuşanın azad olunması təcavüzkarlar üçün ölümcül zərbədir” - Təbrizli deputat 

“Şuşanın azad olunması təcavüzkarlar üçün ölümcül zərbədir” - Təbrizli deputat 

10 Noyabr 2020, 00:05

İran İslam Şurası Məclisinin (parlament) millət vəkili Əhməd Əlirza Beygi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib.

 

Modern.az xəbər verir ki, Təbriz şəhərindən İran parlamentinə deputat seçilən Əhməd Əlirza Beygi sosial şəbəkələrdəki hesablarında yazıb ki, 28 il işğal altında qalan Şuşa şəhəri təcavüzkarlardan azad edilib.

 

İranlı deputat qeyd edib ki, Şuşa şəhəri Azərbaycanın ən əhəmiyyətli məntəqəsidir və İslam dünyasının Qafqazdakı mənəvi paytaxtı hesab olunur. Buna görə də Şuşanın işğal edilməsi İslamın düşmənlərinin mühüm üstünlüyü sayılırdı, onun azad olunması isə təcavüzkarlar üçün ölümcül zərbədir (azərtac).

 

Xatırladaq ki, İranda sosial şəbəkələrdə Şuşanın erməni işğalından azad edilməsi xəbəri əsas müzakirə mövzusuna çevrilib. Bu materialların təhlili onu deməyə əsas verir ki, İran ictimaiyyəti Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını və ərazilərini işğaldan azad etməsini haqlı sayır və dəstəkləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi