Modern.az

“Şuşadan sonra qalan torpaqlar da tezliklə azad olunacaq” - Ömər Çelik

“Şuşadan sonra qalan torpaqlar da tezliklə azad olunacaq” - Ömər Çelik

10 Noyabr 2020, 00:32

Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğalda saxlayıb. Ermənistanın təcavüzkarlığını və onu dəstəkləyən ölkələri bir daha kəskin şəkildə qınayırıq.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyasının İdarə Heyətinin iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamasında deyib.

 

Ermənistanın işğalçılıq siyasəti və təhdidləri nəticəsində bölgədə yaranmış gərgin vəziyyət, Azərbaycan Ordusunun əks-hücumları nəticəsində torpaqlarımızın bir hissəsinin azad edilməsi barədə ümumi məlumat verən AKP-nin sözçüsü deyib:

 

“Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi əsl qəhrəmanlıq və tarixi hadisədir. Strateji yüksəklikdə yerləşən Şuşanın azad edilməsi Azərbaycanın işğal altındakı torpaqlarının qalan hissəsinin də tezliklə azad olunacağını göstərir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?