Modern.az

Ermənilər Baş Qərargah rəisinin istefasını tələb edir

Ermənilər Baş Qərargah rəisinin istefasını tələb edir

Aktual

10 Noyabr 2020, 06:02

Ermənistan parlamentinin binası içərisində xaos və hərc-mərclik hökm sürür.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verir.

 

Binaya giriş sərbəstdir, hər kəs daxil olur və çıxır.  Parlamentin mühafizə əməkdaşları nümayişçilərə qarşısını ala bilmirlər və onların ağlına nə gəlirsə, onu da etməyə imkan verirlər. Nümayişçilər parlamentin dəhlizlərində gəzir, deputatların kabinetlərinə daxil olurlar, bəzən mebelləri zədələyirlər. Onlar aqressiv şəkildə kökləniblər, təhqiramiz və ədəbsiz leksika ilə danışırlar.

 

Bəziləri Baş Qərargah rəisi Onik Qasparyanın istefasını, digərləri isə deputarların dərhal işə gəlməsini tələb edirlər. Etirazçılar hesab edir ki, onlar Nikol Paşinyanın imzaladığı sənədi ləğv edə bilərlər.

 

 




 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi