Ermənistanın Müdafiə Nazirliyi Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentləri tərəfindən imzalanmış üçtərəfli razılaşmanın tələblərinə əməl etmək niyyətində olduğunu açıqlayıb.
Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasının öz üzərlərinə düşən bəndlərini həyata keçirəcəklər.