Modern.az

Tahir Süleymanov: “Xalqımız bu haqq savaşında öz Prezidentinə arxalandı”

Tahir Süleymanov: “Xalqımız bu haqq savaşında öz Prezidentinə arxalandı”

10 Noyabr 2020, 14:02

 

Bu gün Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı.

 

 Bu tarixi qələbə münasibətilə ölkənin bütün ağsaqqalları adından və şəxsən öz adımdan başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm!

 Dövlət Başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inandı, arxalandı, Ondan güc aldı. Vətən Müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu.

 

 Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın dövlətimizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi milli birlimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.

 2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, xalqımızın Ali Baş Komandanımıza, ölkəmızdə həyata keçirilən siyasətə dərin etimadı, dünya Azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə tarixə yazılır.

 

 Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, sabiq deputat Tahir Süleymanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi