Modern.az

Goranboyda qarabağın azad olunması münasibətilə tort kəsdilər - FOTO

Goranboyda qarabağın azad olunması münasibətilə tort kəsdilər - FOTO

10 Noyabr 2020, 15:23

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən Müharibəsində düşmən üzərində şanlı qələbəsi münasibəti ilə Goranboy rayonunda tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən Müharibəsində düşmən üzərində şanlı qələbəsi münasibəti ilə Goranboy rayonunda  rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon mədəniyyət şöbəsinin təşkilatçılığı ilə, tədbir keçirilib.

 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, şəhid ailələri, Qarabağ və Vətən Müharibəsinin  döyüşçüləri, rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak edib.

 

Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, dahi Şəxsiyyətə ehtiramlarını bildirdilər.

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbələrindən danışan icra başçısı  Qəhraman əsgərlərimizin Müqqədəs  Bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdığını və bu gün artıq Şanlı Azərbaycan Bayrağının Şuşada, Qarabağda dalğalandığını qeyd etdi . Rayon ictimaiyyətini bu Böyük və Şanlı qələbə münasibəti ilə təbrik etdi.

 

Eşq Olsun Şanlı Ordumuza !
Eşq olsun Cənab Ali Baş Komandana !
Qarabağ Azərbaycandır !

Eşq olsun Qəhrəman goranboylulara !

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi