Modern.az

Azərbaycan xalqı Qarabağ zəfərini qeyd edir - FOTO  

Azərbaycan xalqı Qarabağ zəfərini qeyd edir - FOTO  

10 Noyabr 2020, 15:35

Azərbaycan ordusunun 40 gündən çoxdur davam edən uğurlu əks-hücum əməliyyatları qələbə ilə nəticələndi. Ermənistanın təslim olduğunu təsdiq edən bəyənat rəsmi şəkildə açıqlandıqdan sonra respublikamızın bütün şəhər və rayonlarında vətəndaşlarımız küçələrə çıxaraq tarixi günün sevincini birlikdə yaşayıblar.

 

Modern.az xəbər verir ki, Azərbaycan xalqının şəhərdə izdihamı gecə saatlarında başlayıb və hələ də davam edir. Qarabağ şüarları səsləndirən yüz minlərlə, milyonlarla insan coşqu hissi ilə müxtəlif istiqamətlərdə qələbə yürüşünə start veriblər. Vətəndaşlarımız müzəffər Azərbaycan Ordusuna, Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, bu tarixi gün respublikamızla yanaşı digər ölkələrdə də qeyd olunur.

 

Nəzrin Vahid

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi