Modern.az

Tbilisidəki iri lövhələrdə Azərbaycan bayrağı nümayiş etdirilib

Tbilisidəki iri lövhələrdə Azərbaycan bayrağı nümayiş etdirilib

Aktual

10 Noyabr 2020, 16:23

Noyabrın 9-da Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrindəki binalarda quraşdırılmış iri reklam lövhələrində Azərbaycan bayrağı nümayiş etdirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə gerçəkləşdirilən maraqlı aksiya ölkəmizin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.

Aksiya şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi küçəsindəki binaları əhatə edib. Binaların üzərlərindəki iri monitorlarda və ya damlarda quraşdırılmış lövhələrdə Azərbaycan bayrağının əks olunduğu çarx gün ərzində nümayiş olunub.

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi