Modern.az

BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır

BQXK cəsədlərin və əsirlərin mübadiləsinə hazırdır

10 Noyabr 2020, 18:30

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanla Azərbaycan arasında cəsəd və əsirlərin mübadiləsi prosedurlarına başlamağa hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin proqram rəhbəri Zara Amatuni bildirib.

 

“Tərəflərin müvafiq müraciətindən sonra prosedurlara başlamağa və mübadiləni həyata keçirməyə hazırıq”, - Amatuni əlavə edib.

 

Müraciət, münaqişəyə bütün cəlb edilənlər tərəfindən razılaşdırılmalıdır. Bundan sonra BQXK münaqişə tərəfləri ilə addımları əlaqələndirərək mübadilə aparacaq: "Biz hazırıq və ümid edirik ki, razılaşmanın bununla bağlı hissəsi həyata keçiriləcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi