Modern.az

Avropa İttifaqından Qarabağ razılaşmasına reaksiya

Avropa İttifaqından Qarabağ razılaşmasına reaksiya

Aktual

11 Noyabr 2020, 00:52

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağdakı hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanatı insan itkisinin dayandırılmasına kömək edəcək və bölgədə münaqişənin hərtərəfli həll yolu üçün ilk addım ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqınin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatında deyilir.

 

“Hərbi əməliyyatların dayandırılmasını alqışlayıram. Çərşənbə axşamı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs daha çox insan itkisinin qarşısını alacaq və münaqişənin hərtərəfli həllinə ilk addım ola bilər”, - deyə bəyanatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi