Modern.az

Koronavirusa yoluxmuş məhkumlar arasında ölən var? - AÇIQLAMA

Koronavirusa yoluxmuş məhkumlar arasında ölən var? - AÇIQLAMA

Aktual

11 Noyabr 2020, 12:44

Bugünə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşan olmayıb, hamısı sağalıb, onlar arasında ölüm halı qeydə alınmayıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

İ.Qurbanov deyib ki, son vaxtlar məhbuslar arasında yeni yoluxma halları aşkarlanmır:

“Koronaviruslu xəstələrin vəziyyəti stabil olaraq qalır, adi qaydada müalicələrini alırlar.

Ümumiyyətlə, səhhətində problem olan məhbusların nəzərdə tutulmuş müddətə uyğun olaraq müalicəsi davam edir və yalnız tam sağaldıqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılırlar”.

Müsahibimiz koronaviruslu məhkumların statistikasını açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi