Modern.az

Deputat “BBC”nin ərəb dili xidmətinə Qarabağla bağlı son razılaşmadan bəhs edib

Deputat “BBC”nin ərəb dili xidmətinə Qarabağla bağlı son razılaşmadan bəhs edib

Aktual

11 Noyabr 2020, 14:57

Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 10-da ərəb dilində yayımlanan “BBC” televiziya kanalına cəbhədə baş verən son hadisələrdən bəhs edib.


Modern.az-ın məlumatına görə, o qeyd edib ki, Emənistan və Azərbaycan arasında hazırkı münaqişə 30 ildən artıqdır ki davam edir, lakin bu vaxta kimi sülhə nail olunmayıb.

“1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Təəssüf ki, 27 il ərzində bu qətnamələr icra edilməyib.

Sentyabrın 27-də Ermənistan tərəfi ağır silahlardan istifadə edərək hücuma  başladı.  Bu vaxta kimi mülki şəxslər arasında 91 nəfər öldürülüb və demək olar ki, 400 nəfər mülki şəxs yaralanıb. Oktyabrın 10-da Moskvada Azərbaycanın, Ermənistanın və Rusiyanın Xarici İşlər nazirləri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin, növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək, 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra oktyabrın 17-də Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi.

Noyabrın 8-də Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 9-da Prezident, cənab İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdıqdan sonra hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir”.


Jurnalistin hər iki xalqın birgəyaşamasının mümkünlüyü barədə sualını cavablandıran Ceyhun Məmmədov uzun illər hər iki xalqın bir yerdə yaşadığını, Bakıda bu gün 30 min erməninin sülh şəraitində yaşadığını, Azərbaycanlıların ermənilərlə birgə yaşamağa hazır olduğunu, ermənilərin isə Qarabağda yalnız ermənilərin yaşamaq istədiyin vurğulayıb.

Sülhün davamlılığı ilə bağlı suala cavab olaraq isə bildirib ki, bu, daha çox Ermənistandan asılıdır. Azərbaycan hər zaman öz öhdəliklərini yerinə yetirir, Ermənistan isə davamlı olaraq razılaşmaları pozub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi