Modern.az

Türkiyə sülhmərmlılarının Qarabağa gəlişi necə baş verəcək?..

Türkiyə sülhmərmlılarının Qarabağa gəlişi necə baş verəcək?..

Aktual

11 Noyabr 2020, 15:12

Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində Müzəffər Azərbaycan Ordusu qələbə qazandı.

 

Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı birgə bəyanata əsasən, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

 

Türkiyə sülhməramlılarının da bölgədə xidmət edəcəyi gözlənilir.

 

Mövzu barədə Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib:

 

“Türkiyə sülhməramlılarının bölgədə yerləşdirilməsi üçün müzakirələr, Rusiya ilə Ankara arasında sənədin imzalanması haqqında fikirlər var. Dünən Türkiyənin Müdafiə naziri Hulisi Akar Bakıda idi. Ola bilsin ki, bu məsələ yaxın saatlarda və yaxud yaxın günlərdə həll olunsun.

Bu sənədin saziş ya da başqa şifahi razılaşma olduğunu bilmirik. Amma bu, baş verəcək. Necə ki, Rusiya sülhməramlıları bölgədə yerləşib, eləcə də Azərbaycan tərəfi mütləq şəkildə Türkiyənin bu prosesdə rol almasını istəyir. Bu, bir neçə gün və saatın məsələsidir. Məncə məsələ müsbət şəkildə həll olunacaq”. 

 

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi