Modern.az

Ülvi Quliyev: “10 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq  tarix kimi düşəcək”

Ülvi Quliyev: “10 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq  tarix kimi düşəcək”

Aktual

11 Noyabr 2020, 16:02
“10 noyabr 2020-ci il son 200 il ərzində Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq tarix kimi düşəcək. Çünki son 200 il ərzində Azərbaycan ilk dəfə itirdiyi əraziləri bərpa edə bilib. 10 noyabrda Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğundan bu gün Azərbaycan tarixinə BÖYÜK QƏLƏBƏ və BÖYÜK QAYIDIŞ kimi düşəcək”.
 

 Bunu millət vəkili Ülvi Quliyev deyib.

 

Millət vəkilinin sözlərinə görə, bu qələbə heç də asan başa gəlməyib. “Qələbə 28 il müddətində əvvəlcə Ulu öndər Heydər Əliyevin və daha sonra həmin siyasi kursun layiqli davamçısı  cənab Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən, müdrik, qətiyyətli və cəsarətli siyasəti nəticəsində mümkün olub. Azərbaycan xalqı da bu siaysi kursa sadiqliyini nümayiş etdirərək cənab Prezident İlham Əliyevin ətrafında sıx biləşərək onun yürütdüyü siyasəti hərtərəfli dəsətkləyib. Misal var, el bir olsa dağı yerindən oynadar.  Məhz Ali Baş Komandan ərtafında bir yumruq kimi birlik nümayiş etdirməyimiz nəticəsində bu qələbələr mümkün oldu”-millət vəkili  qeyd edib.

 

Millət vəkili bildirib ki, sentyabrın 27-dən başlayaraq həyata keçirilən sülhə məcburetmə əks-hücim həmləsi nəticəsində xalq verdiyi itkilərə baxmayaraq,  ruhdan düşmədi, yumruq kimi birləşərək  ancaq və ancaq qələbə uğrunda mübarizə apardı: “  Fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı tarix yazan müzəffər Azərbaycan ordusu döyüş meydanında geosiyasi vəziyyəti dəyişərək  qələbələrə imza atdı. Həm xalqın yumruq kimi birliyi, həm  xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli komandanlığı, müzəffər Azərbaycan ordusunun döyüş meydanındakı şücatəi nəticəsində  noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük  mənəvi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də də dediyi kimi,  “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.

 

Məhz Şuşanın fəthindən sonra  və  düşməni döyüş meydanında ağır məğlubiyyətlərə düçar etdikdən sonra təcavüzkar  Ermənistan Azərbaycan qarşısında diz çöküb,  məğlubiyyətini etiraf edib, ağ bayraq qaldırmaq zorunda qaldı. Düşmənin kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır.

 

Bu müharibə bütün dünyaya bir daha Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq və müzəffər ordumuzun olduğunu göstərdi”.

 

Millət vəkili onu da əlavə edib ki, bundan sonra artıq yeni bir mərhələyə - bərpa-qurucluq mərhələsinə qədəm qoyulur. “Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. Azərbaycan dövləti barbar düşmənin məhv edib, dağıtdığı bütün tarixi abidələri, məscidləri bərpa edəcək, 28 ildən sonra bütün işğal olunmuş ərazilərimizdə və Şuşada yenə də azan səsi eşidiləcək.

 

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi