Modern.az

İlahiyyatçı Bakıdakı erməni kilsəsilə bağlı təklifi DƏSTƏKLƏDİ

İlahiyyatçı Bakıdakı erməni kilsəsilə bağlı təklifi DƏSTƏKLƏDİ

Aktual

11 Noyabr 2020, 16:44

Sabiq deputat, professor Şahlar Əsgərov Azərbaycan Ordusunun Qarabağdakı qələbəsindən sonra Modern.az-a açıqlamasında maraqlı təkliflə çıxış edib. Şahlar Əsgərov Bakıda tarixi abidə kimi qorunan erməni kilsəsində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vandalizmi dünyaya tanıtmaq məqsədilə xüsusi guşələrin yaradılmasını təklif edib. Professor hesab edir ki, bu addım xüsusilə erməni kilsəsini ziyarət edən insanlar, ölkəmizə gələn turistlər vasitəsilə Azərbaycan həqiqətlərinin təbliğinə kömək edəcək.

Təklifə münasibət bildirən ilahiyyatçı, “Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi  Hacı Şahin Həsənli bunun məqsədəuyğun olduğunu düşünür:

“Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vandalizm faktlarını işıqlandıran və bu həqiqətləri dünyaya çatdıran guşələrin sərgilənməsi məqsədəuyğundur. Hazırda bunun kilsədə edilməsi diqqəti çəkə bilər ki, Azərbaycan erməni kilsəsini Bakı şəhərinin mərkəzində qoruyur, lakin ermənilər Azərbaycanın abidələrini məhv edir, məscidlərini tövlələrə çevirirlər”.

İlahiyyatçının sözlərinə görə erməni kilsəsində belə bir guşənin yaradılması, həqiqətləri dünyaya çatdırmaq üçün münasib yerdir:

“Digər məsələləri də nəzərə almaq, təhlil etmək lazımdır. Azərbaycanda yaşayan ermənilər Ermənistanın törətdiyi vandalizmə, qeyri-insani rəftarlarına etirazlarını bildirmişdilər. Bakıda xristian məbədlərinin fəaliyyət göstərdiyi, qorunduğu halda Ermənistan tamamilə fərqli davranır, müsəlman abidələrini məhv edir”.

Xatırladaq ki, Bakıda yerləşən erməni kilsəsi tarixi abidə kimi Prezident Kitabxanasının nəzarətindədir. Hazırda erməni kilsəsində Prezident Kitabxanasının fondunda olan nadir erməni ədəbiyyatı fondu və depozitar fond saxlanılır.

26 aprel 2010-cu ildə bütün ermənilərin katolikosu II Qaregin və onu müşayiət edən din xadimləri kilsəni ziyarət ediblər.


Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi