Modern.az

Poladın tarixi təbəssümü

Poladın tarixi təbəssümü

Aktual

11 Noyabr 2020, 17:06

14 iyul 2020-ci ildə general Polad Həşimovun şəhid olması xəbəri ilə bərabər onun çox mənalı, gülümsər fotosu da bütün ölkəyə ildırım sürətilə yayıldı: küçə və meydanlardan, mənzillərin pəncərə və balkonlarından, maşınların şüşələrindən boylanan generalın  bu təbəssümü bir tərəfdən nisgil, kədər dolu ürəklərin yükünü birə on artırdı, qəmli gözləri daha da nəmləndirdi, digər tərəfdən düşmənə qarşı hiddəti, kini, küdrəti, nifrəti artırdı,  xalqın  səbir  kasasını daşırdı, bu təbəssüm  milli birliyə, həmrəyliyə, səfərbərliyə çağırışa çevrildi,  bir həftə içərisində 50 mindən çox Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Bu təbəssümün bir ilahi mənası da varmış: general gülümsər çöhrəsi ilə millətə müjdə verirmiş: çox çəkməyəcək ki, torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu  tərəfindən işğaldan, mənfur düşmənin tapdağından azad ediləcəkdir!  Bu zəfər  məkrli düşmənin bütün murdar niyyətlərini gözündə qoyacaq, özünəxas qürurunu, şərəfini, ləyaqətini bir daha təsdiqləyəcəkdir!” 

 
Bu gün generalın təbəssümü “Gözün aydın,  müqəddəs Vətən”, “Gözün aydın,  doğma Cəbrayıl, Qubadlı, Zəngilan, Qarabağ”, “Gözün aydın, əziz Şuşa!”- deyir. Bu təbəssüm  şəhidlərə “Rahat uyuyun, ruhunuz şad olsun, arzularınız çin oldu”- deyir. Bu təbəssüm şəhid valideynlərinə təsəlli, təskinlik verir: “Başınızı dik, qədinizi düz tutun. Övladlarınızın qahı yerdə qalmadı”.


Böyük qələbəni bir müddət əvvəl müjdələyən  Poladın gülümsər  və solmayan cazibədar siması bu gün hər kəsin qəlbinə və hafizəsinə tarixi təbəssüm kimi əbədi hopmuşdur.


10 noyabr 2020


Abid Tahirli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi