Modern.az

Rusiya aviasiyası Xocalı aeroportuna yerləşdiriləcək?

Rusiya aviasiyası Xocalı aeroportuna yerləşdiriləcək?

12 Noyabr 2020, 13:48

Rusiyanın sülhməramlı qüvvələri Laçın dəhlizi və Dağlıq Qarabağda təmas xətti boyunca yerləşməyə davam edir.

Modern.az Rusiya Baş Qərargahına istinadən xəbər verir ki, bölgəyə 8 Mi-8 və Mi-24 döyüş helikpoteri yerləşdiriləcək.

                                                                         

“Helikopterlər atəşkəs rejimi rayonlarında hava monitorinqi həyata keçirəcək”-deyə açıqlamada deyilir. Bundan başqa, helikopterlər dağlıq ərazilərdə post quracaq rusiyalı sülhməramlıların yerləşdirilməsi üçün də istifadə ediləcək.

Rusiya hərbi mənbələri helikopter və pilotsuz uçuş aparatlarının Xocalı aerioportunda yerləşdiriləcəyini yazır.

 

Xatırladaq ki, 1991-ci ildə Qarabağ döyüşləri zamanı fəaliyyətini dayandıran Xocalı aeroportu 2011-ci ildə ermənilər tərəfindən bərpa edilmişdi. Amma aeroportdan bu günə qədər təyyarə uçuşları həyata keçirilməyib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi