Modern.az

Ermənistanın yaydığı məlumatlar saxtadır  - Azərbaycanın Bolqarıstandakı səfiri 

Ermənistanın yaydığı məlumatlar saxtadır  - Azərbaycanın Bolqarıstandakı səfiri 

12 Noyabr 2020, 20:03

Azərbaycanın Bolqarıstandakı Səfiri Nərgiz Qurbanova Bolqarıstanın Burqas şəhərinin aparıcı televiziyası olan “Kanal O” televiziya kanalı və “Burgas Radio”suna müsahibələr verib.

 

Modern.az xəbər verir ki, “Kanal O” televiya kanalına müsahibəsində Ermənistanın Dağlıq Qarabağ bölgəsindən əlavə ətrafında yerləşən və ermənilərin heç yaşamadığı yeddi rayonu işğal etməsi faktına diqqət çəkən səfir Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı, burada qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı qeyd olunub. N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.

 

Münqaşənin tarixi barədə məlumat verən səfir ölkəmizin Azərbaycan Respublikası ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşdüyü, Azərbaycan tərəfinin münaqişənin siyasi yol ilə həll edilməsinin tərəfdarı olduğu söylənilib.

 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutduğunu bildirən diplomat BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə və işğal olunmuş ərazilərini azad etmək hüququna sahib olduğunu vurğulayıb və Azərbaycanın Ermənistan ərazisində nə hərbi, nə də mülki hədəfinin olmadığını bildirib.

 

Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə daimi atəş açdığını, mülki əhali arasında ölən və yaralanların mövcud olduğunu vurğulayan N.Qurbanova iki ölkə arasında humanitar əsasda atəşkəsin elan olunmasından dərhal sonra cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinə raketlərlə hücum edilməsinin bunun bariz nümunəsi olduğu və insanlıq əleyhinə törədilmiş cinayət olmasını vurğulanıb. Bu xüsusda qeyd olunub ki, Azərbaycan tərəfi Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almayıb və Ermənistan tərəfinin bununla bağlı yaydığı məlumatlar saxtadır və beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib.

 

“Burgas Radio”suna müsahibəsində isə N.Qurbanova qardaşlaşmış şəhərlər olan Burqas şəhəri ilə Sumqayıt şəhəri arasında mövcud əlaqələrə toxunmuş, iki ölkə arasında mədəni əlaqələrin əhəmiyyəti qeyd olunub, Azərbaycanda multikulturalizm ənənələri və “Bakı prossesi” barədə, eləcə də ölkəmizdə mövcud müsəlman və erkən xristianlıq mirası  barədə məlumat verib.

 

Müsahibələrin tam mətni ilə növbəti internet keçiddəri vasitəsilə tanış olmaq mümkündür:

 

//www.youtube.com/watch?v=27hT-DU1KCo

 

//radioburgas.net/%D1%81%D1%82%D0%B0%D1%80%D1%82%D0%B8%D1%80%D0%B0-%D1%80%D1%83%D0%B1%D1%80%D0%B8%D0%BA%D0%B0%D1%82%D0%B0-%D0%B1%D1%83%D1%80%D0%B3%D0%B0%D1%81-%D0%BD%D0%B0-%D0%BA%D0%B0%D1%80%D1%82%D0%B0%D1%82%D0%B0/

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi