Modern.az

“Öz vəzifəmi yerinə yetirirəm” - Zelenski

“Öz vəzifəmi yerinə yetirirəm” - Zelenski

Aktual

13 Noyabr 2020, 00:11

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski özünü kifayət qədər yaxşı hiss edir.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram”dakı videomüraciətində deyib.

 

"Bildiyiniz kimi, COVID-19 təəssüf ki, məndən yan keçmədi və özümü kifayət qədər yaxşı hiss edirəm. Üçüncü gündür təcridetmədəyəm, amma işdən təcrid olunmamışam. Öz vəzifəmi yerinə yetirirəm. Onlayn müşavirələr keçirir və zəngləşirəm", - deyı Zelenski bildirib.

 

Qeyd edək ki, Zelenski bazar ertəsi sosial şəbəkə vasitəsilə koronavirusa yoluxduğunu bəyan edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi