Modern.az

Məhərrəm Quliyev pambıq emalı zavodunda olub - FOTO

Məhərrəm Quliyev pambıq emalı zavodunda olub - FOTO

13 Noyabr 2020, 10:30

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən “Goran-Cotton” MMC-nin pambıq emalı zavodunda olub.

 

Modern.az xəbər verir ki, icra başçısı qəbul məntəqəsində pambığın qəbulu prossesini, emal edilməsini yaxından izləmişdir. Müəssisədə pambığın vaxtında və itkisiz yığımının təşkili, bu sahədə yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması ilə bağlı müvafiq tapşırılqlarını verib.

 

2020-ci ilin məhsulu üçün rayonumuzda 93 fermerlə müqavilə bağlayaraq 446.3 hektar ərazidə pambıq əkilmişdir. Bu günə qədər 496.85 ton kondisiya çəkisində xam  pambıq məhsulu yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilib.

 

Pambıq yığımında pambıq yığan maşınların çatışmazlığı müəyyən olunduğu üçün rayon icra hakimiyyətinin başçısı aidiyyəti üzrə mərkəzi icra orqanlarına əlavə pambıq yığan maşınların verilməsi üçün müraciət etdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi