Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü - 1697 nəfər öldü 

Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü - 1697 nəfər öldü 

13 Noyabr 2020, 10:59

Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 1 697-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 440-a yüksəlib. İndiyədək 72 116 nəfər infeksiyadan sağalıb.

 

Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi