Modern.az

Məhkəmə Paşinyanın əleyhinə qərar çıxardı

Məhkəmə Paşinyanın əleyhinə qərar çıxardı

13 Noyabr 2020, 12:08

Yerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, bunu siyasətçinin vəkili bildirib.

 

Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib.

 

Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi