Modern.az

Cümhuriyyət Qadınları Dərnəyindən Qarabağ AÇIQLAMASI

Cümhuriyyət Qadınları Dərnəyindən Qarabağ AÇIQLAMASI

13 Noyabr 2020, 13:45

Türkiyədə fəaliyyət göstərən Cümhuriyyət Qadınları Dərnəyi Qarabağ zəfəri ilə bağlı açıqlama yayıb. Modern.az açıqlamanı təqdim edir:

“Ulu Öndərimizin ölüm günündə gələn bu qələbə xəbəri, Qazi Mustafa Kamal Atatürkün müstəqillik və azadlıq ruhunun hələ də yaşadığının ən böyük sübutu oldu. Bu qələbə Azərbaycan dövlətinin hər iki əyalətdəki tək bədənli Türk millətinə ən böyük hədiyyəsi idi. Ermənistanin Azərbaycana Dağlıq Qarabağda yaşatdığı əzab və zülmünün əsl səbəbi imperializmdir. İmperializmin aləti olmuş Ermənistanın Dağlıq Qarabağda təslim olması, imperializmin təslim olmasıdır. 10 Noyabr 2020-də tarixin fövqəladə günlərindən birini yaşadıq. Tarixin imperializmə qarşı müharibədə ən böyük lideri olan Mustafa Kamal Atatürkü yad edərək oyandığımız bu gündə, qardaş Azərbaycan xalqının qələbəsində onu yenidən görməkdən çox məmnunuq. Artıq  Atatürkün “Azərbaycanın kədəri kədərimizdir” ifadəsi geridə qaldı, “sevinci, sevincimizdir" sözünün isə başladığı günə oyandıq. Bu sevinc təkcə Türk millətinin deyil, dünyanın məzlum millətlərinin də sevincidir. Atatürkün zamanın ötəsindəki, gələcəyi görən sözlərini yenidən xatırlatmaq istəyirik: “Günün ağardığını görürəm. Uzaqdan bütün Şərq xalqlarının oyanışını görürəm. Bu millətlər bütün çətinlik və maneələrə baxmayaraq qalib gələcək və onları gözləyən gələcəyə çatacaqlar. Müstəmləkəçilik və imperializm yer üzündən yox olacaq və millətlər arasında rəng, din və irq fərqi olmadan yeni bir harmoniya və əməkdaşlıq əsri hökm sürəcəkdir”.

Cümhuriyyətçi Qadınlar olaraq bu gün Atatürkün əziz xatirəsi qarşısında baş əyərkən, Azərbaycan xalqını, qəhrəman əsgərləri və onların cəsarətli lideri Prezident İlham Əliyevi salamlayırıq.

Unutmayaq ki, Atatürkün əbədi əsəri olan Türkiyə Cümhuriyyəti yalnız öz vətəndaşlarının deyil, həmişə olduğu kimi xaricdə yaşayan soydaşlarının da ən böyük zəmanətidir. Yenidən qürurla söyləyirik ki, nə mutlu Türkəm deyənə!”.

Fidan ƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi