Modern.az

Əsgərlərimizə bayram sovqatı göndərildi

Əsgərlərimizə bayram sovqatı göndərildi

13 Noyabr 2020, 18:10

“Azərbaycan Mebel istehsalçıları Assosiasiyası” İctimai Birliyi (AzMiA) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) 12 noyabr –  Konstitusiya Günü münasibəti ilə hərbi qospitalda müalicə alan yaralı hərbçilərimizə və ön cəbhədə xidmət edən əsgərlərimizə bayram sovqatı göndərib.

“Xalqımıza ard-arda qələbə sevincləri yaşadan, ərazi bütövlüyümüzün tam bərpasına sayılı günlər qaldığına dair bizə sarsılmaz inam bəxş edən müzəffər Ordumuzla qürur duyuruq!

Əsgər və zabitlərimizin könül xoşluğunda, onlara bəslənən ümumxalq məhəbbətində bizim də payımız, töhfəmiz olmasına çalışırıq. Bu sahədə, ali dövlət rəhbərliyinin yaratdığı nümunələr bizə ilham verir” – deyə ictimai birlikdən Modern.az-a  bildiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi