Modern.az

Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başladı

Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başladı

13 Noyabr 2020, 23:30

 

Rusiyanın sülhməramlı qüvvələrinin koordinasiyası ilə Qarabağdakı döyüş əməliyyatları zamanı ölənlərin cəsədlərinin mübadiləsi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı keçmiş separatçı rejimin başçısı Araik Arutunyan özünün feysbuk hesabında yazıb.

 

“Bu gün əvvəlcədən əldə edilmiş razılaşmalara uyğun olaraq, ölənlərin cəsədlərinin mübadiləsi prosesi başladı. Mübadilə Rusiya Federasiyasının sülhməramlı missiyasının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”, - deyə separatçıların lideri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI