Modern.az

Polad Bülbüloğlu dövləti cinayətə niyə yol verdi...

Polad Bülbüloğlu dövləti cinayətə niyə yol verdi...

13 Noyabr 2020, 23:44

Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun başı marağında olan bəzi işlərə qarışdığından fövqəladə xalq artisti diplomatik mandatının dəyər və qiymətini çöldəki bazar əşyaları ilə qarışıq saldı. Sadəcə fərqləndirməyi bacarmadı.

Bu qələti səfirimiz niyə qırdı!? Onun belə bir işə getməsinə səbəb nə oldu!? Bilərəkdən, yoxsa bilməyərəkdən getdi. Artıq bu başqa söhbətin mövzusudur. Səfir ciddi dövləti cinayətə yol vermişdir. Və 44 gün düşmənlə qəhrəmancasına vuruşan Ali Baş Komandanımızın zəhmətini bu böhtanı və uydurması ilə niyə belə yerə vurur!? Polad layiq olduğu cəzanı hökmən almalıdır.

Bəlkə Bülbüloğlunun gerçəkdən ağıl sarıdan problemləri var. Əgər varsa, məyusedici haldır. Lakin dünəndən sifətinə tez-tez baxıram, insafən ağıldan kəmə oxşamır.

Müğənni ilişib. Amma di gəl ki, elə pafosla danışır ki, sanki aliminium qədər yumşaq və keçiricilik qabiliyyəti yüksək enerji ilə dolan bu maymağı dəyişdirməyə adam tapılmır!?

Nədənsə onu Azərbaycan səfirindən daha çox başqa millətin elçisi timsalında hiss edirəm. Niyə bilmirəm... Dağlıq Qarabağla əlaqədar dövlətin elan etmədiyi və ümumiyyətlə, bu cür məsələnin olmaya-olmaya onun dilindən səsləndirilməsi çox maraqlıdır. Doğrudan, maraqlıdır...


Eldar Sabiroğlu,
keçmiş millət vəkili və ehtiyatda olan polkovnik

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI