Modern.az

Qarabağda erməni və azərbaycanlı əhalinin say nisbəti AÇIQLANDI

Qarabağda erməni və azərbaycanlı əhalinin say nisbəti AÇIQLANDI

14 Noyabr 2020, 10:41

“Qarabağ münaqişəsi başlamazdan öncə Laçın, Xocavənd, Ağdərə və Xankəndində  ermənilər və azərbaycanlılar qarışıq yaşayırdılar. Amma ermənilərin tamamilə məskunlaşdığı rayonumuz olmayıb”.

 

Bu sözləri Modern.az-a yazıçı-jurnalist Xəqani Rzaquliyev söyləyib. O qeyd edib ki, Xocalı rayonunda bugünkü gün Əsgəran ilə birlikdə azərbaycanlıların sayı 27 min 500 nəfər, erməni sayı isə 16 min 952 nəfərdir:

 

“Xankəndində isə 17 min nəfər azərbaycanlı, 49 min 848 nəfər erməni var idi. Lakin burada ermənilərdən 25 mini hərbçilərdir. Ağdərədə 14 min 500 azərbaycanlı, 18 min 921 erməni yaşayırdı.

Xocavənd rayonunda isə 23 min 104 erməni, 11 min 216 azərbaycanlı yaşayırdı. Hadrut qəsəbəsi Xocavəndə birləşdiyinə görə azərbaycanlıların sayı 11 min 980  nəfər idi. Şuşada 34 min 200 azərbaycanlı yaşayırdı.

 

Qarabağda tam olaraq götürülsə, 1 milyona yaxın azərbaycanlı yaşayır. Bunu qabartmaq lazımdır ki, dünya görsün ki, azərbaycanlıların sayı 1 milyon 80-90 mindən çoxdur. Erməni çoxluğu heç vaxt olmayıb”.

 

Nəzrin VAHİD  

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI