Modern.az

Azərbaycan millisi Monteneqro ilə bacarmadı- YENİLƏNİB

Azərbaycan millisi Monteneqro ilə bacarmadı- YENİLƏNİB

14 Noyabr 2020, 23:00

Azərbaycan-Monteneqro matçı qolsuz heç-heçə ilə başa çatıb.

 

21:06

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunu keçirir.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda V turunda Monteneqronu qəbul edir.

 

C Liqasının birinci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda təşkil olunur.

 

Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI