Modern.az

Xəstəxanada yanğın - 10 nəfər öldü

Xəstəxanada yanğın - 10 nəfər öldü

14 Noyabr 2020, 23:41

Rumıniyanın şərqindəki Pyatra-Nyamç şəhərindəki xəstəxanada güclü yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Yaralılar ağır vəziyyətdədir.

Hadisənin başvermə səbəbi araşdırılır. Agentliyin məlumatına görə, yanğın artıq söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI