Modern.az

ABŞ İranı sanksiya ilə hədələdi

ABŞ İranı sanksiya ilə hədələdi

Aktual

15 Noyabr 2020, 20:46

Amerika Birləşmiş Ştatları (ABŞ) gələn həftə İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo adından yayılan yazılı açıqlamada bildirilib.

 

Qeyd olunub ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

 

Pompeo hesab edir ki, İran tərəfi həmin həftə ərzində törədilən cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI