Modern.az

Paşinyana sui-qəsddə ittiham olunan Vanetsyan azadlığa buraxıldı

Paşinyana sui-qəsddə ittiham olunan Vanetsyan azadlığa buraxıldı

Aktual

15 Noyabr 2020, 22:42

Ermənistanın Baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda günahlandırılan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan məhkəmə zalından azadlığa buraxılıb.

 

Modern.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib.

 

“Məni etmədiyim cinayətlərdə ittiham etdilər. Siyasi proseslərdən uzaqlaşdırmaq istəyirlər”, - deyə Artur Vanetsyan bildirib.

 

Qeyd edək ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan cinayət məcəlləsinin iki maddəsi ilə - Baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunurdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI